İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir

23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir

Prezident İlham Əliyev NATO baş katibinin müavini Qabor İklodini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Özünün Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı aparılan müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması işinə təhsil, təcrübə mübadiləsi və digər sahələrdə də kömək edə bilər.

NATO baş katibinin müavini Qabor İklodi “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda Bakıda keçirilən konfransın önəmini vurğuladı. NATO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə, ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən sonrakı missiyasında Azərbaycanın iştirakı ilə bağlı mövqeyini də yüksək qiymətləndirdi.

Görüşdə enerji təhlükəsizliyi, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45