İlham Əliyev Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının icraçı katibi ilə görüşmüşdür

14 may 2013, 18:55
İlham Əliyev Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının icraçı katibi ilə görüşmüşdür

Prezident İlham Əliyev Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının seçilmiş icraçı katibi Lassina Zerbo ilə görüşmüşdür.

Dövlət başçısı əvvəlcə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının beynəlxalq məlumat mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Komissiyanın seçilmiş icraçı katibi Lassina Zerbo Azərbaycana təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verdi.

Söhbət zamanı Azərbaycan ilə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyası arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55