İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir

13 may 2013, 20:10
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir

Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir.

Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirən Avstriya Prezidenti Haynts FİŞER dedi:

- Sizə və xanımınıza dəvətimizi qəbul edib Avstriyaya nümayəndə heyəti ilə səfər etdiyinizə görə minnətdaram.

Azərbaycana, Bakıya 2011-ci ilin payızında səfərim zamanı bizə göstərilmiş qonaqpərvərliyə cavab olaraq mən də Sizi eyni qonaqpərvərliklə qəbul edirəm.

Əməkdaşlığımız üçün bir çox vasitələr mövcuddur. Deyə bilərəm ki, əməkdaşlığımız hər zaman uğurlu olmuşdur. Ticarət dövriyyəsinin göstəriciləri artır, ixrac-idxal əməliyyatları genişlənir. Beynəlxalq müstəvidə, yəni beynəlxalq forum və təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı uzun illərdir həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün qəbul ediləcək həlli variantına nail olunacağına əminliyini bildirdi.

Münasibətlərin genişləndirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident Haynts Fişer iqtisadi əlaqələrin möhkəmləndirilməsinin və səfər zamanı imzalanan Bəyannamənin vacibliyini vurğuladı.

X X X

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq dedi:

- Münasibətlərimizin tarixində ilk Avstriya Prezidenti kimi Sizin Azərbaycana səfərinizi yaxşı xatırlayırıq. Bu, tarixi səfər idi. Biz çox gözəl şəxsi münasibətlər qurmuşuq və dialoqumuzu intensivləşdirmək razılığına gəldik. İki ildən az müddətdə görürük ki, ticarət dövriyyəmiz sürətlə artmışdır. Çox fəal siyasi məsləhətləşmələr aparılır.

Dövlət başçısı yüksək səviyyədə qarşılıqlı səfərlərin, həmçinin işgüzar dairələrin görüşlərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətlərinin bir sıra sahələrdə uğurla təmsil olunduqlarını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivi vardır.

Avstriyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə də toxunan Prezident İlham Əliyev dedi:

- Problemlərimizi başa düşdüyünüzə görə Sizə olduqca minnətdaram. Burada xüsusən də həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və insanlarımızın çəkdiyi əziyyətlər nəzərdə tutulur. Münaqişənin beynəlxalq hüququn normalarına uyğun olaraq həllinə dünya ictimaiyyətinin sadiqliyi nikbinlik yaradır. Lakin 20 il ərzində bu münaqişənin həll olunmaması faktı, əlbəttə ki, çox məyusedicidir. Dostluq və tərəfdaşlıq haqqında Birgə Bəyannaməmizdə qeyd edildiyi kimi, həll yolu beynəlxalq hüququn normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalıdır.

Qarşıdakı illərdə ölkələrimizin tərəfdaşlıq münasibətlərinin daha da güclənəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında hava nəqliyyatı əlaqəsinin genişləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Vyana ilə Bakı arasında ən azı hər gün uçuşların təşkilinə əməkdaşlığımızın əlverişli zəmin yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:02
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...

06 may 2025, 16:02
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49