İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur

09 may 2013, 14:40
İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur

Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Muzey ilə və Mərkəzdə görülmüş bir sıra işlərlə tanış olmuşlar.

Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Ulu Öndərin adını daşıyan Muzeyin istifadəyə verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Muzeydəki hər bir eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu Öndərin də taleyi əslində bir insanın ömür yolu deyildir. Bu, Azərbaycanın tarixidir. O tarix ki, XX əsrin ikinci yarısında Azərbaycanın ayrılmaz parçası olmuşdur. Ümummilli Liderin yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilmişdir. Muzeydə təqdim olunan materiallardan da görünür ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin titanik xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmiş, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etmişdir. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Bununla da Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazmışdır.

Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən bir neçə ekspozisiya zalının istifadəyə verilməsi də bu Mərkəzin fəaliyyətinə daha bir özəllik qatır. Bu ekspozisiyalarda qədim insan məskəni olan Azərbaycanın keçdiyi tarixi dövrlər haqqında geniş məlumat verilir, qədim zamanlardan indiyədək qorunub saxlanılan maddi-mədəniyyət nümunələri təqdim olunur. Bundan başqa, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərindən bəhs edən ekspozisiya zalları, heç şübhəsiz ki, buraya gələn hər kəsdə ölkəmiz haqqında müfəssəl təəssüratın və zəngin informasiyanın yaranmasına imkan verəcəkdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirdi ki, xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi Muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, müasir texnologiyalar əsasında qurulan Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ulu Öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələn qonaqların diqqətinə çatdırılır. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Bir sözlə, dizaynı və tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.

Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılmışdır. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində “Azərbaycan inciləri” sərgisi təqdim edilir. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrinə dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir.
Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Mini Azərbaycan” sərgi zalında da oldular. Bildirildi ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda bu layihə çərçivəsində 24 tarixi bina və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır. “Mini Azərbaycan” layihəsi Azərbaycan tarixi, milli memarlıq sənəti barədə məlumat əldə etmək baxımından sakinlər və qonaqlar üçün qiymətli layihədir. Gələcəkdə Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketləri hazırlanacaqdır.

Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar nəşrlər hazırlamışdır.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, “Azərbaycana xoş gəlmisiniz” ekspozisiya zalı isə Mərkəzin Azərbaycanın tanıdılması layihələri sırasında təqdim edilir. Bu layihə ilə əslində Azərbaycana virtual tur etmək mümkündür. Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin və təbiətinin əks olunduğu bu sərgi bir çox tərəfləri ilə maraq doğurur, layihənin əhəmiyyətini daha da artırır.

Digər zalda “Azərbaycanın mətbəx sənəti” fotoların dili ilə təqdim edilir. Bu, əslində Heydər Əliyev Mərkəzinin Azərbaycan ənənələrini yaşadan, mədəniyyətimizi dünyaya tanıdan, eləcə də dünya mədəniyyətinin Azərbaycanda təbliğinə xidmət edən mühüm layihələrindən biridir. Burada Fransada yaşayıb-yaradan məşhur amerikalı fotoqraf Peter Lippmanın əsərləri vasitəsilə Azərbaycanın zəngin adət-ənənələr dünyasına səyahət etmək mümkündür.

Ekspozisiyada Azərbaycanın adət-ənənələri, süfrə mədəniyyəti ilə foto sənətinin sintezi sərgilənir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalındakı şəraitlə tanış oldular. Mərkəzin Auditorium bölməsindəki ikinci konfrans zalının ümumi sahəsi 1811 kvadratmetr, hündürlüyü 7, 8 metrdir. Zal müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə qonaqların asudə vaxtının təşkili üçün kafe də yaradılmışdır. Binada təbii dekorativ ağac və güllərdən landşaft ərazi salınmışdır. Bundan əlavə, müxtəlif interaktiv məlumat köşkləri qurulmuşdur. Bu məlumat köşklərində qonaqlara Mərkəz və burada keçirilən tədbirlər, müxtəlif layihələr barədə informasiyalar çatdırılır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35