2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

03 may 2013, 23:20

1. 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il.

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05