İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında iştirak etmişdir

03 may 2013, 14:35
İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında iştirak etmişdir

Sumqayıtda “Gilan” Tekstil Parkının açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, 20 hektar ərazidə tikilən “Gilan” Tekstil Parka parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Ümumi dəyəri 46 milyon manat olan Gilan Tekstil Parkının ərazisində üç fabrikin tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 15 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Parkın tikintisinə 2011-ci ildə başlanılmışdır.

Qeyd edildi ki, ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir.

Prezident İlham Əliyev fabriki işə saldı və istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, fabrik pambığı xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə tam cavab verir. Avropa istehsalı olan dəzgahlarla təchiz olunan fabrik geniş çeşiddə və yüksək keyfiyyətli parça istehsalına imkan verəcəkdir. Fabrikdə 100 faiz pambıqdan və həmçinin pambıq - polyester qarışığından ibarət məhsullar istehsal edilir. Müəssisədə nəmliyin qorunub saxlaması xüsusi havalandırma sistemi ilə həyat keçirilir.

Vurğulandı ki, toxuma prosesində ipliyin möhkəmliyini artırmaq üçün ona nişasta vurulur. İstehsal olunan parçaların tələbata və təyinatına uyğun olaraq boyanması məqsədi ilə kompleksin tərkibində ayrıca fabrik inşa edilmişdir.

Azərbaycan Prezidenti boyama fabriki ilə tanış oldu.

Dövlətimizin başçısına texnoloji proses barədə məlumat verildi. Qeyd edildi ki, boyama prosesində Almaniyadan idxal olunan boyalardan istifadə edilir. Bu boyalar insan orqanizmi üçün zərərsizdir. Burada, həmçinin parçaların yuyulması, ağardılması və qurudulması da həyata keçirilir. Bir sözlə, fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli parça istehsalına imkan verir. Hazır məhsulların daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur. Artıq İtaliya, Rusiya və Ukrayna ilə ilkin razılaşmalar əldə olunmuşdur. İstehsal olunan parçaların bir hissəsi parkın tərkibində inşa edilmiş modern tikiş fabrikində istehsala yönəldilmişdir.

Dövlətimizin başçısı laboratoriya ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, laboratoriyada həm yerli, həm də xaricdən alınan parçaların keyfiyyətinə nəzarət olunur.

Fabrikdə yorğan istehsalı üçün ayrıca xətt yaradılmışdır. Bu xətt ayda 18 min yorğan istehsal etmək gücünə malikdir. Yüksək səviyyəli texnoloji avadanlıqlarla hazırlanan məhsulların keyfiyyətinə zəmanət verilir. Yataq dəsti istehsal xətti də tam avtomatlaşdırılmışdır.

Prezident İlham Əliyev tikiş fabrikinə gəldi.

Məlumat verildi ki, ümumi sahəsi 6 min kvadratmetr olan tikiş fabriki ən son texnoloji avadanlıqla təchiz edilmişdir. Fabrikdə ayda şərti olaraq 50 min kişi, qadın və uşaq üst geyimləri, NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.

Prezident İlham Əliyev müəssisənin işçiləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV fabrikin kollektivini salamlayaraq dedi:

-Görürəm ki, müəssisədə iş şəraiti yaxşıdır. Müasir fabriklərdir. Burada da iş yerləri yaradılıbdır. Burada min nəfər işləyir. Çox gözəl işdir. Böyük investisiyalar qoyulubdur. Həm özəl sektor öz vəsaitini qoyub, həm dövlət kömək göstərib. Azərbaycanda belə gözəl müəssisələr yaradılır ki, vətəndaşlarımız işlə təmin olunsunlar. Əgər belə getsə, Sumqayıtda yaxın zamanlarda ümumiyyətlə işsizlik olmayacaqdır.

Fabrikin işçisi: Cənab Prezident, xoş gəlmisiniz! Sizi fabrikimizdə görmək bizim üçün böyük xoşbəxtlikdir. Bu gün ölkəmizin hər yerində yeni müəssisələr açılır. Eləcə də Sumqayıtda açılan bu müasir fabrik bizi çox sevindirdi. Bu şəraitə, göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun.

Müəssisənin digər işçisi: Cənab Prezident, biz Sizinlə fəxr edirik, qürur duyuruq. Siz xalqımız, dövlətimiz üçün çox böyük işlər görürsünüz. Ölkəmizdə gördüyünüz bütün işlərə, Sumqayıtın gözəlləşdirilməsinə görə Sizə minnətdarıq.

Fabrikin daha bir işçisi: Cənab Prezident! Siz yorulmadan ölkəmiz üçün çox işlər görürsünüz, çox çalışırsınız. Biz Sizin səfərlərinizə, çıxışlarınıza baxarkən çox sevinirik. Çox fəxr edirik ki, bizim belə rəhbərimiz vardır. Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Biz Mehriban xanımı da çox sevirik, cənab Prezident. Bütün qadın kollektivimiz adından ona salamlarımızı çatdırırıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur. İstirahət yerləri, bulvar salınır. Yəni, doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir.

Mən çox şadam ki, burada gözəl iş şəraiti vardır, maaş da yüksəkdir. Yəni, işləmək üçün bütün şərait vardır. Sizə yeni uğurlar arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra müəssisə ilə tanışlığı davam etdirən dövlətimizin başçısına məlumat verildi ki, parça toxuma, boyama və tikiş fabriklərinin kompleks formada yaradılması və ən müasir texnologiyaların tətbiq edilməsi yüksək keyfiyyətli trikotaj məhsullarının istehsalına, eyni zamanda, parça və trikotaj məhsullarının maya dəyərinin aşağı salınmasına şərait yaradır. Belə müasir kompleksin Qafqazda ilk dəfə Azərbaycanda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin göstəricisidir. Sənaye parkında işçilərin rahat çalışmaları üçün hər bir şərait mövcuddur.

Prezident İlham Əliyev müəssisənin yeməkxanası ilə də tanış oldu.

Vurğulandı ki, məhsul istehsalının həcminin və çeşidinin artırılması məqsədilə tekstil parkında iplik, toxuma və hörmə fabriklərinin tikintisinə başlanılmışdır. Bu müəssisələr işə düşdükdən sonra əlavə 2 min yeni iş yeri açılacaqdır. Ümumilikdə “Gilan” Tekstil Parkında 4 min nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Sumqayıt şəhərinin sənaye potensialının inkişafına 83 milyon manat dövlət güzəştli kreditlərinin verildiyi dövlətimizin başçısının diqqətinə çatdırıldı.

Prezident İlham Əliyev Sumqayıtla yanaşı Mingəçevir şəhərinin də sənaye potensialının gücləndirilməsinin vacibliyindən danışdı. Qeyd olundu ki, artıq Mingəçevirdə də sənaye parkının yaradılması istiqamətində tədbirlərə başlanılmış və bununla əlaqədar müvafiq layihələr üzərində iş aparılır.

Dövlətimizin başçısı “Gilan” Tekstil Parkının sərgi zalında müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42