İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

01 may 2013, 19:45
İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulandı.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi, bu sahədə fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 22 may 2025
11:05
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi...

22 may 2025, 11:05