Latviya Respublikasının Prezidenti Andris Berzinşin rəsmi qarşılanma mərasimi

24 aprel 2013, 10:45
Latviya Respublikasının Prezidenti Andris Berzinşin   rəsmi qarşılanma mərasimi

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42