İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri başa çatmışdır

28 sentyabr 2010, 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş “Daşkənd-2” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Prezident İlham Əliyevi Özbəkistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.