16:25

Prezident İlham Əliyev Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlət başçısı Hacıqabul şəhərinin su təchizatının planını və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, Hacıqabul şəhərinin günlük orta su sərfi 248 min litrdir. Ümumi su anbarının ehtiyatı 10 min kubmetrdir. Şirvan-Muğan su kəmərinin uzunluğu 170 kilometrdir. Bu kəmərdən istifadə edən əhalinin sayı isə 470 min nəfərdir. Layihəyə əsasən, kəmər 121 kəndi, o cümlədən Sabirabadın 13 kəndini əhatə edəcəkdir. Sabirabad-Saatlı qrup su kəmərinin uzunluğu isə 40 kilometrdir. Layihəyə əsasən 37 kəndin 160 mindən çox sakini təmiz içməli sudan istifadə edəcəkdir.
Məlumat verildi ki, “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanmışdır və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Hacıqabul şəhərinin sakinləri içməli su ilə - təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup kəməri vasitəsilə təmin olunacaqdır.
Hacıqabul şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə yaradılmışdır. Hazırda şəbəkə istismara yararsızdır. Şəhərin su şəbəkəsinin uzunluğu 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi isə ümumiyyətlə olmamışdır. Rəsmi statistikaya əsasən hazırda Hacıqabul şəhərinin əhalisinin sayı 24,8 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmamışdır. Əhali orta hesabla sutkada qrafiklə 8 saat su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir.
Yeni “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində şəhərin su təchizatının özüaxımlı rejimdə aparılması üçün 2,4 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir, relyef baxımından yüksək nöqtədə tutumu 5 min kubmetr olan anbar inşa edilir. Şəhərdə uzunluğu 115 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi yaradılacaqdır. İndiyədək 30 kilometr su xətti, 20 kilometr kanalizasiya xətti çəkilmişdir. 8,7 kilometr uzunluğunda layihələndirilmiş kanalizasiya kollektorunun 6,7 kilometrində işlər tamamlanmışdır. Ümumiyyətlə, 2014-cü ildə layihənin icrası başa çatdıqdan sonra bütün şəhər əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Layihəyə uyğun olaraq, Hacıqabul şəhərinin şərq hissəsində, relyef baxımından çökək ərazidə kanalizasiya-nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir və təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaqdır.
Prezident İlham Əliyev suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.
Sonra dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon sakini Hafiz Bəşirov bu xeyirxah təşəbbüsün reallaşmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına hacıqabullular adından minnətdarlığını çatdırdı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...
27 fevral 2025, 16:12Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və...
27 fevral 2025, 10:03Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb,...
26 fevral 2025, 14:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli...
25 fevral 2025, 13:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan...
25 fevral 2025, 13:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də...
25 fevral 2025, 13:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...
25 fevral 2025, 13:07