Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə

15 aprel 2013, 18:15

Ülyahəzrət,

Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 aprel 2013-cü il.