İlham Əliyev İsveçrənin federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

12 aprel 2013, 17:10
İlham Əliyev  İsveçrənin federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar nazirinin başçılıq etdiyi nümayəndə  heyətini qəbul etmişdir

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İsveçrəli nazir Yohan Şnayder-Amman böyük nümayəndə heyəti ilə respublikamıza səfər etməsini ölkəsinin Azərbaycan ilə əməkdaşlığa olan marağının ifadəsi kimi dəyərləndirdi. O, ölkələrimiz arasında uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini vurğuladı. Enerji və qeyri-energetika sektorunda qarşılıqlı sərmayə qoyuluşuna toxunan isveçrəli nazir bu sahədə əməkdaşlığın ölkələrimiz arasında digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında yaxşı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi istiqamətində də yaxşı nəticələrin olduğunu qeyd etdi. Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın ölkəmizə səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20