İlham Əliyev Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

29 mart 2013, 19:00
İlham Əliyev Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 29-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Bakı şəhərində park və xiyabanlar müasir şəkildə yenidən qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır.

Paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşa olunması şəhərimizin simasının daha da yenilənməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti kompleksdə inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.

Dövlətimizin başçısı avtomobili özü idarə edərək əvvəlcə yeraltı avtomobil dayanacağına gəldi. Bu dayanacaq avtomobil tutumuna görə dünyada ən böyük dayanacaqlardan biridir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeraltı avtomobil dayanacağından keçib yerüstü park kompleksinə gəldilər.

Yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov park kompleksinin layihəsi əsasında Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənəcəkdir. Hazırda 20 min kvadratmetrlik sahəyə qranit plitələr döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük çəkiləcəkdir. Kompleksin 35 min kvadratmetrlik ərazisində yaşıllıq zolaqları salınacaqdır. Həmin əraziyə 35 min kubmetr əkin torpağının töküldüyü bildirildi. Burada 2000-ə yaxın ağac, 10 minə yaxın isə bəzək kolu, çoxlu sayda gül və çiçək əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olundu. Bildirildi ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunacaq və bu fəvvarələrin ayrıca stansiyası olacaqdır. Yaşıllıq zolaqları avtomat sistemlə suvarılacaqdır. Park kompleksində yeni yarımstansiyanın quraşdırılacağı və ən müasir işıqlandırma sistemi ilə təchiz olunacağı qeyd edildi. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı şəkildə abadlıq və quruculuq işlərinin də həyata keçiriləcəyi bildirildi. Dövlətimizin başçısı paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınan park kompleksində aparılan inşaat işləri ilə bağlı müvafiq tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42