İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur

12 mart 2013, 15:20
İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident iqamətgahında təkbətək görüşü olmuşdur.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi.

Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55