İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə görüşmüşdür

11 mart 2013, 19:20
İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə görüşmüşdür

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Baş nazir Zoran Milanoviç ilə görüşmüşdür.

Prezident İlham Əliyevi Xorvatiyanın Baş naziri Zoran Milanoviç qarşıladı. Xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabını imzaladı.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulandı.

Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışıldı. Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırıldı.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Zoran Milanoviçin işçi naharı oldu.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55