İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olmuşdur

07 mart 2013, 16:40
İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda  yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilmişdir. Bu akademiya 2002-ci ildə Prezidentin Fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.

Akademiyanın rektoru Ömər Eldarov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir. Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilmişdir.

Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilmişdir. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılmışdır. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunmuşdur.

Dövlətimizin başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu.

Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoji kollektivi ilə görüşdü.

Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Mən sizi təbrik edirəm.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni binasının açılışı çox gözəl hadisədir.

Akademiyanın yaradılması haqqında ulu öndər Heydər Əliyev hələ 2002-ci ildə qərar vermiş, Fərman imzalamışdır və akademiya fəaliyyətə başlamışdır.

Bildiyiniz kimi, akademiya əvvəlcə buradakı köhnə binada yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina tikiləndən sonra gördük ki, bu, bizim standartlara o qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən qurduq. Ondan sonra akademiyanın rəhbərliyi müraciət etdi ki, binanın davamı da olmalıdır. Biz akademiyanın binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər görülür. Ona görə, burada həm daxili vəziyyət, həm də xarici görünüş yüksək səviyyədə olmalı idi.

Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu vardır. Mən sizə - müəllimlərə, professorlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olubdur. Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti.

Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülübdür. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni, bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır.

Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq vardır. Amma hesab edirəm ki, bu marağı daha da stimullaşdırmaq və gələcəkdə akademiyanın məzunlarını işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik. Xüsusilə xalçaçılıqla bağlı, çünki Azərbaycan xalçanın vətənidir. İndi Bakıda Müasir Xalça Muzeyi tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Azərbaycan xalçaçılıq sənətini dünya miqyasında təqdim etmək üçün biz həm təbliğat işlərini düzgün qurmalıyıq, daha da fəal olmalıyıq, eyni zamanda, artıq gənc nəsil də bu işlərə cəlb olunmalıdır.

Gənclər ola bilər ki, hansısa başqa incəsənət növlərinə daha çox meyl göstərsinlər. Sizdə dizayn ixtisası vardır. Əlbəttə ki, müasir dövr üçün, Azərbaycanın müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. Bu, başa düşüləndir. Ancaq xalçaçılıq elə bir sənət növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. Biz bu sənəti yaşatmalıyıq. Siz və bizim tələbələrimiz. Ona görə bütün məsələlərin uğurla həlli üçün əlbəttə ki, çox düşünülmüş siyasət aparılmalıdır.

Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət göstərilir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54