Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 mart 2013, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nin 5.5 - 5.7-ci bəndlərinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilsinlər:

dövlət orqanlarından:

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından:

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 03 iyun 2026
14:20
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

03 iyun 2026, 14:20