16 noyabr 2026, 15:00

Emin Hüseynovan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız Sərəncamla məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm.

Sizin yüksək diqqət və qayğınız sayəsində Azərbaycanda televiziya və radioların, ümumilikdə medianın işinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Çox sevindirici haldır ki, məhz Sizin Azərbaycan mətbuatının inkişafına xidmət edən Sərəncam və tapşırıqlarınız nəticəsində medianın siması sürətlə yenilənir. Uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən, beynəlxalq aləmdə özünəməxsus söz və nüfuz sahibi olan bugünkü Zəfər ovqatlı Azərbaycanın həqiqətləri televiziya və radio vasitəsilə keyfiyyətlə yayımlanır, daha geniş coğrafiyada təbliğ olunur. Böyük iftixar hissi ilə bildirirəm ki, Siz Azərbaycanın bu gününün və sabahının etibarlı təminatçısı və qarantısınız. Biz Sizinlə fəxr edirik.

Zati-aliləri!

Sizə bir daha ən səmimi təşəkkürümü bildirir, Azərbaycan xalqının həmrəyliyinin, sarsılmaz iradəsinin və tarixi ədalətin təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlətimizin daha da inkişafı, möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm.

Allah Sizi və dövlətimizi qorusun!

Dərin hörmət və ehtiramla,

Emin Hüseynov,

Azərbaycan Respublikası, Bakı şəhəri.