16 noyabr 2026, 11:15

Pərvin İsmayılovadan, Bakı, Azərbaycan

Əziz və möhtərəm cənab Prezident,

Bu məktubunu ürəyimdə Sizə dərin minnətdarlıq hissi ilə yazıram.

Azərbaycanda söz və mətbuat azadlığının inkişafına, jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsinə göstərdiyiniz davamlı diqqətə görə Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm.

Bu gün Azərbaycanda həyata keçirilən uğurlu siyasət bir media nümayəndəsi kimi məni olduqca qürurlandırır. Media mənsublarına göstərdiyiniz qayğı üzərimizə düşən məsuliyyəti daha da artırır. Bir jurnalist olaraq ölkəmizin tərəqqisi naminə apardığınız müdrik siyasəti dəstəkləyir, Sizə bu istiqamətdə səmərəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Cənab Prezident, kiçik əməyimə verdiyiniz yüksək qiymət - məni “Tərəqqi” medalı ilə təltif etməyiniz, həqiqətən, çox əziz və unudulmazdır. Səmimi təşəkkürümü qəbul etməyinizi xahiş edirəm. Göstərilən etimadı bundan sonra da bütün gücümlə doğrultmağa çalışacağam.

Zat-aliləri, fürsətdən istifadə edərək, 8 Noyabr - Zəfər Günü münasibətilə Sizə və ailənizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, bundan sonra da Zəfər dolu günlər arzulayıram.

Dərin hörmətlə,

Pərvin İsmayılova,

“Space” Müstəqil Teleradio Şirkətinin Xəbərlər departamentinin baş redaktoru,

Azərbaycan Respublikası, Bakı şəhəri.