Qoşun Nəsibov və başqalarından, Göygöl, Azərbaycan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev!
Milli maraqlara söykənən, uzaqgörən, uğurlu daxili və xarici siyasətiniz sayəsində ölkəmizin əldə etdiyi böyük nailiyyətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bu gün Sizin rəhbərliyinizlə vətənimizin hər bir guşəsində abadlıq işləri aparılır, kəndlərimiz, şəhərlərimiz müasirləşir. Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahının yüksəldilməsi dayanır. Biz bunu verdiyiniz hər bir qərarda hiss edirik. Buna görə Sizinlə fəxr edir, bu ölkənin vətəndaşı olmağımıza görə qürur duyuruq.
Cənab Prezident, Sizin xüsusi diqqət və qayğınızın nəticəsidir ki, Göygöl rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir, rayonumuzun siması günü-gündən gözəlləşir. Kənd sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi, yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə Mollacəlilli kəndinə gedən avtomobil yolu əsaslı təmir olunaraq asfalt örtüyü ilə təmin edilib.
Bu layihə kənd sakinlərinin gündəlik həyatının asanlaşdırılması, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və yaşayış şəraitinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar regionların inkişafına, insanların rifahının yüksəldilməsinə yönəlmiş dövlət siyasətinin Göygöl rayonunda da uğurla həyata keçirildiyinin bariz nümunəsidir.
Diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizə xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah Sizi və ailənizi, dövlətimizi, xalqımızı qorusun!
Böyük hörmət və ehtiramla, Göygöl rayonu Mollacəlilli kənd sakinləri adından,
Qoşun Nəsibov
Ramiz Məmmədov
Xanım Əsgərova
Ələddin Alpaşayev
Mərziyyə Yusibova
Rövşən Tağıyev
Əhlinaz Rzayeva
Səfər Tağıyev
Azər Rəhimov
Vələd Quliyev
Azərbaycan Respublikası, Göygöl rayonu, Mollacəlilli kəndi.