13 noyabr 2026, 19:45
Almaz Mahmuddan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan radiosunun 100 illik yubileyi və teleradio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız Sərəncama əsasən “Tərəqqi” medalı ilə təltif olunan jurnalistlər arasında mənim də adım var.
Bu bir media təmsilçisi kimi fəaliyyətimə verilən yüksək qiymətdir. Bu təltif həm də gələcək fəaliyyətimdə daha böyük məsuliyyət və peşəkarlıq nümayiş etdirmək üçün mühüm mənəvi stimuldur.
Göstərdiyiniz yüksək diqqətə və əməyimə verdiyiniz dəyərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Almaz Mahmud
Azərbaycan Televiziyasının “Teleradio Akademiyası” Tədris Mərkəzinin direktoru, jurnalist,
Azərbaycan Respublikası, Bakı şəhəri.