13 noyabr 2026, 15:30

Pisax İsakovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Qırmızı qəsəbə dağ yəhudiləri icması adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin tərəqqisi naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Siz adınızı Zəfər tarixinə qızıl hərflərlə yazdınız. Torpaqlarımız Sizin qətiyyətiniz, siyasi iradəniz və xalqımızın birliyi sayəsində azadlığa qovuşdu. Bu şanlı Qələbə daim qürur mənbəyi olacaqdır!

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!

Dərin hörmət və ehtiramla,

İsakov Pisax Davidoviç, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri

Azərbaycan Respublikası, Quba rayonu, Qırmızı qəsəbə