13 noyabr 2026, 14:30

Murad Hacıyevdən, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident. Müzəffər Ali Baş Komandan!

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə sonsuz qürur hissi ilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Sizin liderliyinizlə qazanılan bu parlaq Qələbə xalqımızın milli qürurunu özünə qaytardı və ölkəmizin gələcəyə inamla baxmasını təmin etdi. Bir Vətən övladı olaraq, göstərdiyiniz xidmətlərə və apardığınız müdrik siyasətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Uca Allahdan Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Murad Hacıyev

Azərbaycan Respublikası, Zaqatala rayonu, Beretbinə kəndi.