13 noyabr 2026, 13:15

İftixar Hüseynovdan, Əbu-Dabi, Birləşmiş Ərəb Əmirlikləri

Cənab Prezident,

Mən, hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft sektorunda çalışıram. Burada Azərbaycana münasibət çox yükşəkdir. BƏƏ ilə münasibətləri bu yüksək səviyyəyə çatdırdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Burada azərbaycanlılar üçün rəsmi prosedurların nə qədər rahat olduğunu şəxsən görürəm. Yerli ərəblər arasında Azərbaycan ən çox arzulanan turizm istiqamətlərindən biridir. Bütün bunlar, həyata keçirdiyiniz uğurlu xarici siyasətin bariz nəticəsidir. Buna görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

İftixar Hüseynov

Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabi şəhəri.