Əli Nağıyevdən, Neftçala, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan xalqının həmrəyliyinin, sarsılmaz iradəsinin və tarixi ədalətin təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin qətiyyətli rəhbərliyiniz, müdrik xarici siyasətiniz və Müzəffər Ali Baş Komandan kimi göstərdiyiniz misilsiz şücaət sayəsində qazanılan bu möhtəşəm Zəfər ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Rəşadətli Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda bu gün bərpa və quruculuq işləri uğurla həyata keçirilir, regionda davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində tarixi addımlar atılır.
Vətənimizin tərəqqisi, xalqımızın rifahı və dövlətimizin qüdrətinin daha da artması naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni böyük müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əli Nağıyev
Azərbaycan Respublikası, Neftçala şəhəri.