Yevgeni Brenneysen və Şneor Seqaldan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Avropa Yəhudilərinin Bakı Dini İcması adından Sizi – Ali Baş Komandanımızı və bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik.
Həmin gün Sizin əmrinizlə, müdrik və cəsarətli rəhbərliyiniz altında Azərbaycan Ordusu uzun zaman erməni işğalı altında qalmış əzəli Azərbaycan torpaqlarını azad etdi.
Bu tarixi gün Azərbaycan xalqının sarsılmaz iradəsini, milli birliyini, şücaətini və əzmini təcəssüm edir.
Tarixi ədalətin bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpası Sizin müdrik və ardıcıl siyasətinizin təntənəsidir.
Tövratda deyilir: Qələbə Uca Tanrıdandır’, xalq ədalətli müharibə apardıqda və Uca Tanrı ilə mənəvi əlaqə saxladıqda verilir. Bu böyük Qələbə vətənimiz Azərbaycanın sülh və sabitlik yolunda gələcək inkişaf və rifahına yeni üfüqlər açmışdır.
Biz, Azərbaycan yəhudiləri, Sizin yaratdığınız tolerant və çoxmədəniyyətlilik mühitdə yaşamaqdan qürur duyuruq. Azərbaycanımızın tərəqqisini, azad edilmiş torpaqların tezliklə bərpasını və gələcək nəsillərin vətənpərvərlik, milli dəyərlər və çoxmədəniyyətlilik ruhunda tərbiyə olunmasını daha da artırmaq üçün bütün səylərimizi göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Vətənimiz Azərbaycana isə müdrik rəhbərliyiniz altında əbədi sülh, sabitlik və xoş güzəran arzulayırıq. Qoy Azərbaycanın üzərindəki səmalar həmişə dinc və aydın olsun, bizə gələcəyə inam versin!
Hörmətlə,
Yevgeni Brenneysen
Bakı Avropa yəhudilərinin Dini İcmasının sədri vəzifəni icra edən,
Şneor Seqal
İcmanın baş ravvini
Azərbaycan Respublikası, Bakı şəhəri.