06 noyabr 2026, 17:48

Səttar Kərimovdan, Münhen, Almaniya

Hörmətli cənab Prezident!

Sizi Münhen Azərbaycanlıları adından 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.

8 Noyabr Azərbaycanın çoxəsrlik tarixində ən şərəfli və qürurverici günlərdən biridir. Bu tarixi xalqımıza yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Uca Allah Sizi və ailənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar nəsib etsin.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı arzulayıram.

Münhen azərbaycanlıları olaraq Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın daha da güclənməsi və inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik.

Dərin hörmətlə,

Səttar Kərimov

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri

Almaniya Federativ Respublikası, Münhen şəhəri.