03 noyabr 2026, 17:50

İlhamə Qasımovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması daim Sizin uğurlu sosial-iqtisadi siyasətinizin mərkəzindədir. Siz ölkəmizdə insanların güzəranının yaxşı olmasına, onların əmin-amanlıq şəraitində, xoşbəxt yaşamasına xüsusi önəm verirsiniz. Bu istiqamətdə ardıcıl və sistemli addımların atılması, islahatların həyata keçirilməsi bunun əyani təsdiqidir.

Daha bir nümunə isə Sizin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışınızda 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı ilə bağlı tapşırıq verdiyinizi bildirməyiniz oldu. Sizin bu qərarınız vətəndaşlar tərəfindən növbəti dəfə minnətdarlıqla qarşılandı.

Cənab Prezident, Siz bu cür addımlarla hər dəfə sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Sizə möhkəm cansağlığı, Vətən və xalq naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

İlhamə Qasımova,

Azərbaycan Respublikası, Goranboy rayonu.