03 noyabr 2026, 15:00

Ofeliya Eminova və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz, Gəncə şəhərinin sakinləri, şəhərimizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə, xüsusilə çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılmasına görə Sizə təşəkkürümüzü bildiririk.

Son dövrlərdə Gəncəmizdə aparılan yenilənmə və abadlıq işləri şəhərimizin görkəmini daha da gözəlləşdirir. Küçələrin, parkların və ictimai məkanların abadlaşdırılması, yaşayış binalarının həyətlərinin səliqəyə salınması, sakinlərin rahatlığı üçün daha əlverişli şəraitin yaradılması böyük məmnunluqla qarşılanır. Bütün bunlar doğma şəhərimizə xüsusi gözəllik qatmaqla yanaşı, gündəlik həyatımızı daha da rahat edir.

Xüsusilə yaşadığımız binaların həyətlərində aparılan abadlıq işləri bizi sevindirir.

Çünki rahat yaşayış hər bir ailənin gündəlik həyatının bir hissəsidir. Uşaqların oynamaları, yaşlıların istirahəti, qonşuların biri-biri ilə görüşüb ünsiyyət qurmaqları üçün bu cür məkanlara ehtiyac var idi. Bu ərazilərin təmiz, səliqəli və gözəl olması hər bir sakin üçün vacibdir. Həyətlərimizin yenilənməsi, ətrafın abadlaşdırılması insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Hörmətli cənab Prezident, Sizin “Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur” sözləriniz şəhərimizin bugünkü inkişafını çox gözəl ifadə edir. Gəncənin müasirləşməsi və eyni zamanda qədim tarixinin və milli-mənəvi dəyərlərinin qorunması hər zaman hər birimizdə qürur hissi yaradır.

Gəncəyə göstərilən diqqət və qayğıya, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması və şəhərimizin inkişafı üçün dəstəyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri bundan sonra da davam etsin, Gəncəmiz gündən-günə daha da abadlaşsın.

Sizə uzun ömür, möhkəm cansağlığı və Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və səmimi minnətdarlıqla,

Ofeliya Eminova,

Gülpəri Həsənova,

Sevda Qasımova

Cavid Hüseynov,

Süqra Mustafayeva,

Maarif Hüseynov,

Səyyar Hüseynov,

Vəliyəddin Haqverdiyev.

Azərbaycan Respublikası, Gəncə şəhəri.