R.Y.Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25 fevral 2013, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Yaqub oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2013-cü il.

SƏNƏDLƏR Sərəncamlar 24 sentyabr 2022
14:34
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan...

24 sentyabr 2022, 14:34