Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

05 iyun 2025, 15:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli və 11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında birinci halda “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin;

1.2. 231.3-cü maddə üzrə:

1.2.1. birinci (birinci halda) və dördüncü (birinci halda) cümlələrdə “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin;

1.2.2. üçüncü cümlədə birinci halda “Borclunun” sözü “Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin;

1.3. 231.3-1-ci maddədə ikinci halda “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin;

1.4. 231.4-cü maddədə birinci halda “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.”.

 

Maddə 2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli və 11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci maddəyə “təşkilatları” sözündən sonra “, elektron pul təşkilatları” sözləri əlavə edilsin;

2.2. 5-ci maddə üzrə:

2.2.1. adına “təşkilatları” sözündən sonra “, elektron pul təşkilatları” sözləri əlavə edilsin;

2.2.2. 5.1-ci maddəyə “təşkilatında” sözündən sonra “, elektron pul təşkilatında” sözləri, “təşkilatına” sözündən sonra “, elektron pul təşkilatına” sözləri əlavə edilsin;

2.2.3. 5.2-ci və 5.3-cü maddələrə “təşkilatı” sözündən sonra “, elektron pul təşkilatı” sözləri əlavə edilsin;

2.3. 8.1-ci maddə üzrə:

2.3.1. birinci abzasa aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.”;

2.3.2. ikinci abzasa “orqandan” sözündən sonra “(qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.4. 23.1.2-ci maddəyə “təşkilatlarında” sözündən sonra “, elektron pul təşkilatlarında” sözləri əlavə edilsin;

2.5. 27-ci maddə üzrə:

2.5.1. 27.1-ci maddəyə birinci halda “borclunun” sözündən sonra “, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri əlavə edilsin, həmin maddədə ikinci halda “borclunun” sözü “onun” sözü ilə əvəz edilsin;

2.5.2. aşağıdakı məzmunda 27.3-1-ci maddə əlavə edilsin:

“27.3-1. Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışı icra sənədinin icra olunduğu yer və ya onun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, habelə hüquqi şəxsin olduğu yer üzrə elan edilir.”;

2.5.3. 27.4-cü maddəyə “fiziki şəxsin” sözlərindən sonra “, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Şəxsin axtarışının elan olunması və qərarın icrası ilə bağlı məlumat və sənəd mübadiləsi “Elektron icra” informasiya sistemi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin inteqrasiyası əsasında aparılır.”;

2.5.4. 27.9-cu maddəyə “əmlakının” sözündən sonra “, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri əlavə edilsin;

2.6. 32-ci maddə üzrə:

2.6.1. 32.1-ci maddənin ikinci və üçüncü cümlələri müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil olur.”;

2.6.2. 32.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hüquqi şəxsin nümayəndəsi qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər olur.”;

2.7. 45-ci maddə üzrə:

2.7.1. 45.2-ci maddənin birinci cümləsinə, 45.4-cü və 45.7-ci maddələrə “təşkilatlarında” sözündən sonra “, elektron pul təşkilatlarında” sözləri əlavə edilsin;

2.7.2. 45.3-cü maddə üzrə:

2.7.2.1. mətni birinci abzas hesab edilsin və həmin abzasa “tərəfindən” sözündən sonra “həmin təşkilatlardan elektron qaydada sorğulanır,” sözləri əlavə edilsin;

2.7.2.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir.”;

2.7.3. aşağıdakı məzmunda 45.5-1-ci maddə əlavə edilsin:

“45.5-1. Bank hesablarındakı vəsaitlərin üzərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi ilə bağlı qaydalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş hesablarına və ödəniş hesablarına xidmət edən ödəniş xidməti təchizatçılarına şamil olunur.”;

2.7.4. 45.7-1-ci maddəyə “təşkilatlarındakı” sözündən sonra “, elektron pul təşkilatlarındakı” sözləri əlavə edilsin;

2.7.5. aşağıdakı məzmunda 45.7-2-ci maddə əlavə edilsin:

“45.7-2. İcra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə ötürülür.

İcra məmurunun belə qərarının bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın “Elektron icra” informasiya sisteminə ötürülməsi bank və digər kredit təşkilatlarının, elektron pul təşkilatlarının həmin sistemlə inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə təmin edilir.

İcra məmurunun belə qərarının qəbuluna səbəb olmuş əsaslar aradan qalxdıqda icra məmuru 1 iş günü müddətində həmin qərarın icra məmuruna qaytarılması barədə bank və digər kredit təşkilatını, elektron pul təşkilatını elektron qaydada məlumatlandırır.”;

2.8. 46.3-cü və 56.3-cü maddələrə “təşkilatlarında” sözündən sonra “, elektron pul təşkilatlarında” sözləri əlavə edilsin;

2.9. 72-ci maddə üzrə:

2.9.1. 72.3-cü maddənin ikinci cümləsinə “verildikdə” sözündən sonra “, yaxud “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdə” sözləri əlavə edilsin;

2.9.2. 72.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

“İcra hərəkətləri həyata keçirilərkən müvafiq sahədə yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılırlar.

Vahid ünvandan çıxarılmalı olan şəxslər icra sənədinin icrasından yayınmaq məqsədilə həmin ünvan daxilində tələbkara məxsus digər tikilini zəbt etdikdə, yaxud eyni ünvanda özbaşına inşa etdikləri tikilidə yaşadıqda tələbkarın tələbi ilə əlavə məhkəmə qərarı olmadan həmin sahələrdən də çıxarılırlar.”;

2.10. 83-cü maddə üzrə:

2.10.1. adına “təşkilatı” sözündən sonra “, elektron pul təşkilatı” sözləri əlavə edilsin;

2.10.2. mətninə “təşkilatı” sözündən sonra “, elektron pul təşkilatı” sözləri əlavə edilsin, “təşkilatının” sözü “təşkilatını, elektron pul təşkilatını” sözləri ilə əvəz edilsin;

2.11. 84-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42