Cəmilə Ağayeva və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının fəalları kimi iştirak etdiyimiz YAP-ın VIII qurultayında proqram xarakterli, dərin təhlilə söykənən və məzmunlu çıxışınızı böyük fəxarət hissi ilə dinlədim.
Çıxışınızda xüsusilə gənclərin milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində verdiyiniz dəyərli tövsiyələr hər birimiz üçün real yol xəritəsidir. Bu əvəzolunmaz və strateji tövsiyələrinizə görə Sizə minnətdarlığımı bildiririk.
Sizin ordu quruculuğu ilə bağlı gələcəyə hesablanmış fikirləriniz hər bir Azərbaycan vətəndaşı tərəfindən dövlətimizin strateji təhlükəsizlik konsepsiyası kimi qəbul olunur. Bu gün regionda sülh və əməkdaşlıq dövrünün əsası qoyulsa da hərbi hazırlığımızın daim yüksək səviyyədə saxlanılması barədə səsləndirdiyiniz çağırışları cəmiyyətimizin hər bir üzvü dərindən dərk edir.
Bütün xalqımız rəhbərliyiniz altında qazanılmış tarixi zəfərin rəmzi olan "Dəmir yumruq” ətrafında sıx birləşib.
Beynəlxalq müstəvidə ölkəmizi cəsarətlə qoruduğunuz, şanlı zəfərimizə sahib çıxdığınız və hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunuz üçün dərin Sizə dərin minnətdarlığımızı ifadə edirik.
Uca Allah ölkəmizi, Sizi və rəşadətli Ordumuzu qorusun!
Hörmətlə
Ağayeva Cəmilə,
Hüseynova Könül,
Rəhimov Vasif,
Bağırov Amil.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.