Abbas Göyüşovdan, Qazax, Azərbaycan
Möhtərəm cənab Prezident!
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək mütəşəkkilliklə, böyük ruh yüksəkliyi ilə keçirilməsi hər birimizdə böyük fəxr və qürur hissi yaratdı.
Yeni Azərbaycan Partiyası müstəqil, suveren Azərbaycanımızın qazandığı uğurlarda, əldə etdiyi nailiyyətlərdə, qələbələrdə bütün proseslərin mərkəzində dayanan alternativsiz bir partiyadır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda çox ağır, çətin bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçiriləndən sonra Ulu Öndərin səsinə ilk səs verən rayonlardan biri də Qazax olmuşdur. Mən də YAP Qazax rayon təşkilatının ilk sədri kimi həmişə bununla fəxr edir, qürur hissi keçirirəm. Biz də o vaxtdan etibarən bu yolu – Ulu Heydər Əliyev yolunu seçdik, haqqa, ədalətə səs verdik.
Hörmətli Sədr!
Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilməsi, ilahi arzuların günbəgün reallaşması hər birimizdə böyük sevinc və fərəh hissi yaradır.
Sizin Qurultaydakı nitqinizdə səsləndirdiyiniz fikirlər bizi – partiya üzvlərini yeni-yeni uğurlara, qələbələrə səsləyir.
Allah Ulu Öndərimizə, müqəddəs şəhidlərimizə rəhmət etsin!
Ulu Tanrı Siz başda olmaqla müdrik xalqımızı, qüdrətli Ordumuzu qorusun!
Sizə can sağlığı, fədakar fəaliyyətinizdə uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Abbas Göyüşov
Azərbaycan Respublikası, Qazax şəhəri.