21 oktyabr 2026, 12:32

Elnur Əlizadədən, Kəlbəcər, Azərbaycan

Hörmətli cənab Prezident!

Otuz illik işğaldan sonra torpaqlarımızı azad edərək bizi doğma Kəlbəcərimizə qaytardığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Bu gün Kəlbəcər Sizin rəhbərliyinizlə yenidən dirçəlir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışınızı yüksək qiymətləndirir, rifahımızın yüksəlməsi üçün göstərdiyiniz qayğıya görə təşəkkür edirik.

Ulu Rəbbim Sizi və ailənizi daim qorusun!

Hörmətlə,

Əlizadə Elnur

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.