Sahib Ələsgərovdan, Tovuz, Azərbaycan
Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında YAP Tovuz rayon təşkilatı tərəfindən nümayəndə kimi iştirak etmək mənim üçün böyük qürur və şərəf idi.
Sizin Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan kimi illər ərzində həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət, güclü dövlət və qüdrətli ordu quruculuğu istiqamətində gördüyünüz məqsədyönlü işlər, xalqımızın Sizin ətrafınızda sıx birliyi Azərbaycanın tarixi Zəfərinə yol açdı. Bu gün üçrəngli Dövlət Bayrağımızın doğma Qarabağımızda və Şərqi Zəngəzurda qürurla dalğalanması hər bir azərbaycanlı kimi məndə də sonsuz fəxarət hissi yaradır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışınızda səsləndirdiyiniz fikirlər, qarşıya qoyduğunuz vəzifələr və müəyyən etdiyiniz hədəflər partiyamızın gələcək fəaliyyətinin əsas istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur.
Möhtərəm cənab Prezident!
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin və xalqımızın tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə, eləcə də Qurultayda müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Sahib Ələsgərov
Azərbaycan Respublikası, Tovuz rayonu, Qaraxanlı kəndi.