Toğrul Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bu gün ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Neçə vaxtdır içməli su problemi ilə bağlı ciddi əziyyət çəkirdik. Şükürlər olsun ki, Sizə müraciətimizdən sonra dərhal məsələyə müdaxilə edildi.
Cənab Prezident, bu gün yaşadığımız sevinc sözlə ifadə olunmayacaq qədər böyükdür. Müraciətimizə diqqətlə yanaşılması dövlətə olan inamımızı daha da gücləndirir.
Bu gün kövrələrək Ulu Öndərimiz Heydər Əliyevin tarixi kəlamını xatırlayıram: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"
Bəli, mən fəxr edirəm ki, azərbaycanlıyamI Fəxr edirəm ki, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyev kimi Prezidentim var. Ulu Öndərimiz Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayır, onun dövlətçilik ideyaları isə gələcək nəsillər üçün örnək olaraq qalır.
Ailəmizin adından Sizə, cənab Prezident, dərin minnətdarlığımızı bildirirəm. Problemin həllinə göstərilən diqqət və qayğı ailəmiz tərəfindən heç vaxt unudulmayacaq.
Var olun, cənab Prezident!
Sizə, dövlətimizə və xalqımıza daim firavanlıq arzulayırıq.
Hörmətlə,
Toğrul Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.