16 oktyabr 2026, 15:10

Teymur Əliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin qurultayda səsləndirdiyiniz fikirləri, müəyyən etdiyiniz strateji hədəfləri və Azərbaycanın gələcək inkişafına dair prinsipial mövqeyinizi tam dəstəklədiyimi dərin hörmət və ehtiramla diqqətinizə çatdırıram.

Mədəniyyət sahəsinin nümayəndəsi olaraq hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətimizin davamlı inkişafının mühüm istiqamətlərindəndir. Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, milli kimliyimizin qorunmasına və mədəni irsimizin dünyada daha geniş tanıdılmasına mühüm töhfə verir.

Dövlətimizin tərəqqisi, xalqımızın rifahı və Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirdiyiniz siyasəti dəstəkləyir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əliyev Teymur Ayaz oğlu

Nizami Gəncəvi Muzey Kompleksinin direktoru

Azərbaycan Respublikası, Gəncə şəhəri.