15 oktyabr 2026, 11:32

Rauf Sadıqovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə həyata keçirilən uzaqgörən və məqsədyönlü dövlət siyasəti Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, milli maraqlarının etibarlı müdafiəsinə və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Ölkəmizdə elm və təhsilin inkişafına, innovasiyaların tətbiqinə, gənclərin təşəbbüskarlığının artırılmasına və intellektual potensialının reallaşdırılmasına göstərilən xüsusi diqqət Azərbaycanın gələcək inkişafının fundamental əsaslarını formalaşdırır. Elmi düşüncənin təşviqi, gənc tədqiqatçıların dəstəklənməsi və müasir biliklərə əsaslanan təşəbbüslərin genişləndirilməsi ölkəmizin elmi potensialının gücləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan İdman Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədr müavini kimi fəaliyyətimi tələbələr arasında elmi-tədqiqat mədəniyyətinin formalaşdırılmasına, gənclərin elmi təşəbbüslərinin dəstəklənməsinə və idman elminin inkişafına töhfə verməyə yönəltmişəm. Hesab edirəm ki, gənclərin elmi fəaliyyətə daha geniş cəlb olunması, nəzəri biliklərin praktik tətbiqlə əlaqələndirilməsi və innovativ yanaşmaların təşviqi ölkəmizdə elmi mühitin zənginləşməsinə xidmət edən mühüm amillərdəndir.

Azərbaycan dövlətinin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin savadlı, təşəbbüskar və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Rauf Sadıqov

Azərbaycan İdman Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədr müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.