12 oktyabr 2026, 17:23
Hafiz Hovusludan, Sumqayıt, Azərbaycan
Hörmətli Mehriban xanım,
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident İlham Əliyevin səsləndirdiyi mühüm fikirlər və dövlətimizin gələcək inkişafına dair ifadə etdiyi mövqelər məndə böyük təəssürat yaratdı.
Eyni zamanda, Sizin vətəndaşlara göstərdiyiniz diqqət və qayğı, humanizm və insan amilinə verdiyiniz yüksək dəyər xüsusi minnətdarlıq hissi doğurur.
Dövlətimizə və xalqımıza xidmət istiqamətində həyata keçirdiyiniz fəaliyyətə görə Sizə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Hörmətlə,
Hafiz Hovuslu,
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.