“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

15 fevral 2013, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 66) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmana Əlavə I - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” üzrə:
1.1.1. 2-ci hissədə “35” rəqəmləri “32” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 3.1-ci bənddə “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ” sözləri “AZƏRBAYCAN RESPUBLİKASI - REPUBLIC OF AZERBAIJAN” sözləri ilə, “IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri “ŞƏXSİYYƏT VƏSİQƏSİ - IDENTITY CARD” sözləri ilə əvəz edilsin, “yazılır” sözündən sonra “, yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur” sözləri əlavə edilsin;
1.1.3. 3.2-ci bənddə “CİNSİ/SEX” sözlərindən sonra “VƏTƏNDAŞLIĞI/NATIONALITY” sözləri əlavə edilsin, “QAN QRUPU/BLOOD GROUP” sözləri isə çıxarılsın;
1.1.4. 5.2-ci bənddə “orta hissəsinin” sözlərindən əvvəl “orta hissəsində “DOĞULDUĞU YER/PLACE OF BIRTH” və “QAN QRUPU/BLOOD GROUP” sözləri yazılır,” sözləri əlavə edilsin;
1.2. həmin Fərmana Əlavə III - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2013-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55