İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12 oktyabr 2026, 11:25
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi, bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq.

Baş nazir Hun Manet: Cənab Prezident, məni AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Sizin gözəl ölkənizi ziyarət etmək imkanına görə çox şadam. Bu vaxtadək mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Elə indicə müzakirə etdiyimiz kimi, bizim otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlarımız var.

Fürsətdən istifadə edərək, Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Zati-alinizə çatdırmaq istəyirəm. Mən müzakirələrimizi, - elə indicə müzakirə etdiyimiz mövzuların, sadəcə müzakirələr yox, birlikdə əməkdaşlığı genişləndirmək üçün ölkələrimizin atacağı addımların müzakirəsini, - davam etdirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, dəvətiniz üçün bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim də salamlarımı Əlahəzrət Krala və on iki il bundan əvvəl bu binada görüşdüyüm sabiq Baş nazirə, Senatın sədrinə də çatdırın.


gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 oktyabr 2026
15:10
2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tar...

12 oktyabr 2026, 15:10
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:09
“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzə...

12 oktyabr 2026, 15:09
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:08
“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hök...

12 oktyabr 2026, 15:08
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:07
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallı...

12 oktyabr 2026, 15:07
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:06
“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Resp...

12 oktyabr 2026, 15:06