09 oktyabr 2026, 18:57

Baxış Baxışovdan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu gün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə sülh və əmin-amanlıq şəraitində yaşayaraq müstəqil dövlətimizin qazandığı nailiyyətlərdən sevinc və qürur hissi duyur, əlamətdar günləri böyük ruh yüksəkliyi ilə qeyd edir.

Sizin uğurlu xarici siyasətiniz və yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, zəngin mədəniyyəti, tarixi irsi tanıdılır.

Sizin uzaqgörən siyasətinizlə qazanılan hər bir diplomatik qələbə xalqımızda böyük iftixar hissi doğurur. Azərbaycanın qüdrətinin daha da artması, mövqeyinin möhkəmlənməsi, xalqımızın firavanlığının yüksəldilməsi istiqamətində göstərdiyiniz yorulmaz səylər ölkəmizin gələcəkdə daha çox nailiyyətlər qazanacağına əminliyimizi gücləndirir. Sizə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Baxış Baxışov

Azərbaycan Respublikası, Ağsu rayonu, Nuran kəndi.