09 oktyabr 2026, 18:54

Rövşən Veysovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk YAP qurultayında ölkəmizin keçdiyi mürəkkəb və şərəfli tarixi yolun geniş təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Sizin çıxışınız bir daha göstərdi ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin davamlı inkişafı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz geniş və məzmunlu çıxışınızı böyük maraq və diqqətlə dinlədik. Çıxışınızda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun mahiyyəti, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər və qarşıda duran mühüm vəzifələr barədə səsləndirdiyiniz fikirlər hər bir Azərbaycan vətəndaşı üçün mühüm mesajlar və aydın istiqamətlər müəyyənləşdirdi.

Ölkəmizin tərəqqisi yolunda yorulmaz fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiramla,

Veysov Rövşən Nazim oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.