Varis Rüstəmovdan, Sabirabad, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının kollektivi, rayonumuzun partiya üzvləri və ictimaiyyət nümayəndələri adından dərin hörmət və ehtiramla salamlayır, ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə həyata keçirdiyiniz böyükmiqyaslı fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək səviyyədə keçirilməsi və Sizin Qurultayda səsləndirdiyiniz mühüm siyasi mesajlar Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi yeni tarixi mərhələdə keçirilən Qurultay xalqımızın milli həmrəyliyinin və dövlətçilik əzminin daha bir parlaq təzahürü olmuşdur.
Möhtərəm cənab Prezident!
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil qərarlar qəbul edən və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirən ölkəyə çevrilmişdir. Mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir dövrdə nümayiş etdirdiyiniz siyasi iradə və prinsipial mövqe xalqımızın Sizə olan inamını daha da gücləndirmişdir.
Ölkəmizin iqtisadi potensialının artırılması, maliyyə imkanlarının genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyinin təmin olunması və “yaşıl enerji” istiqamətində həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafının mühüm təminatına çevrilmişdir. Sosial sahəyə göstərilən diqqət, əməkhaqqı, pensiya və sosial ödənişlərin davamlı şəkildə artırılması isə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.
Sizin müəyyən etdiyiniz gələcək prioritetlər, xüsusilə ordumuzun gücünün daha da artırılması, milli-mənəvi dəyərlərimizin və ideoloji təhlükəsizliyimizin qorunması hər bir vətənpərvər azərbaycanlı üçün mühüm fəaliyyət istiqamətidir. Yeni Azərbaycan Partiyasının üzvləri olaraq biz də rayonumuzda dövlətçilik ideyalarının, milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi istiqamətində bundan sonra da səylə çalışacağıq.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Zəfərinin real nəticələridir. Böyük Qayıdış prosesinin hər gün daha geniş vüsət alması xalqımızda böyük sevinc və qürur hissi doğurur.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı tarixi zəfərlər, ölkəmizin davamlı inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi hər birimizin qəlbində böyük fəxarət hissi yaradır. Bu əvəzsiz xidmətlərinizə görə Sizə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı adından dərin minnətdarlığımı bildirirəm.
Əmin edirəm ki, YAP Sabirabad rayon təşkilatı Sizin müəyyən etdiyiniz strateji inkişaf kursuna bundan sonra da layiqincə dəstək verəcək, dövlətçilik və milli maraqlarımızın qorunması istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə ali dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Varis Rüstəmov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Sabirabad rayonu.