09 oktyabr 2026, 18:32

Bahadır Əhmədovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin gələcək inkişafı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və partiyamızın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

VIII Qurultayda səsləndirdiyiniz mühüm fikirlər, müəyyənləşdirdiyiniz strateji hədəflər və verdiyiniz mesajlar hər bir partiya üzvü üçün böyük məsuliyyət, eyni zamanda, gələcək fəaliyyətimizə istiqamət verən aydın yol xəritəsidir. Bu mesajlar qarşıya qoyulan vəzifələrin mahiyyətini dərindən dərk etməyi, üzərimizə düşən məsuliyyəti daha yüksək səviyyədə yerinə yetirməyi və dövlətimizin inkişafına töhfələrimizi artırmağı tələb edir.

Qurultayda iştirak etmək mənim üçün böyük şərəf və qürur mənbəyi olmuşdur. "Astara Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru və YAP ərazi partiya təşkilatının sədri kimi bu mötəbər tədbirdə iştirakımı həm yüksək etimadın ifadəsi, həm də gələcək fəaliyyətim üçün ciddi məsuliyyət hesab edirəm.

Əminəm ki, VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi hər bir partiya üzvünün üzərinə düşən məsuliyyəti daha da artıracaq, dövlətə və xalqa xidmət prinsipini fəaliyyətimizin əsas istiqaməti kimi ön plana çıxaracaqdır. Biz də rəhbərlik etdiyimiz kollektivdə bu məqsədlərin reallaşdırılması, əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, eləcə də partiyamızın ideya və məqsədlərinin təşviqi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Möhtərəm cənab Prezident, ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Bahadır Əhmədov

“Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru,

YAP ərazi partiya təşkilatının sədri,

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı,

ehtiyatda olan tibb xidməti polkovniki,

Azərbaycan Respublikası, Astara rayonu.