Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Ölkəmizdə ilk dəfə FIFA U-15 dünya çempionatı və festivalının, eləcə də 2027-ci ildə FIFA U-20 Dünya Çempionatının keçirilməsi Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən mühüm ölkələrdən biri kimi mövqeyini bir daha nümayiş etdirir.
Bununla yanaşı, ölkəmizdə növbəti dəfə yüksək səviyyədə keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi də Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarının təşkili baxımından qazandığı mühüm təcrübənin və yüksək təşkilati imkanlarının göstəricisidir.
Ölkəmizdə belə mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, yüksək təşkilati imkanlarının və təhlükəsizliyinin beynəlxalq səviyyədə etimadla qarşılandığını göstərir. Azərbaycanın müxtəlif qlobal və regional əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin regionda sabitliyin və təhlükəsizliyin təmin olunduğu etibarlı məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Xüsusilə ilk dəfə ölkəmizdə FIFA U-15 dünya çempionatı və festivalının keçirilməsi Azərbaycan gəncləri üçün mühüm imkanlar yaratmaqla yanaşı, ölkəmizdə futbolun kütləviləşməsinə, yeni istedadların üzə çıxarılmasına və Azərbaycanın beynəlxalq idman ictimaiyyətində tanıdılmasına töhfə verəcəkdir.
Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsi, gənclərin idmana və sağlam həyat tərzinə cəlb olunması istiqamətində həyata keçirilən ardıcıl siyasət ölkəmizin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətə görə Sizə təşəkkürümüzü bildirir, Azərbaycanın beynəlxalq idman və gənclər platformalarında mövqeyinin bundan sonra da daha da güclənəcəyinə əminliyimizi ifadə edirik.
Dərin hörmətlə,
Həsənov Ələkbər Gündüz oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.