30 sentyabr 2026, 13:33

Ələddin Qurbanovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizin günü-gündən güclənməsi, qazandığı nailiyyətlər, beynəlxalq nüfuzunun artması və dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlərin genişlənməsi hər birimizdə “Azərbaycanlıyam!” deməyin böyük sevinc və qürurunu yaşadır.

Parlaq zəkanızın, dərin biliyinizin, güclü vətən sevginizin nəticəsində ölkəmiz dünyada sözü eşidilən, mövqeyi ilə hesablaşılan dövlətə çevrilib. Övladlarımız, nəvələrimiz bu gün çiçəklənən, qalib və güclü Azərbaycanda yaşayırlar. Bundan böyük sevinc, bundan böyük qürur ola bilməz.

Sizinlə fəxr edirik! Sizin uğurlu daxili və xarici siyasətinizi hər zaman dəstəkləyirik!

Allah Vətənimizi daim ucaltsın, dövlətimizi qüdrətli, xalqımızı firavan etsin!

Sizə dərin ehtiramla,

Göygöl rayon ağsaqqalları adından Ələddin Qurbanov

Azərbaycan Respublikası, Göygöl şəhəri.