Şəhla Balayevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident!
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ölkəmizin investisiya imkanlarının beynəlxalq ictimaiyyətə təqdim olunması, xarici və yerli investorlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum ölkəmizin iqtisadi potensialının və həyata keçirilən genişmiqyaslı layihələrin tanıdılması, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının artırılması üçün mühüm platformadır. Belə tədbirlər ölkəmizin iqtisadi inkişafına, xüsusilə qeyri-neft sektorunun genişləndirilməsinə və regionların investisiya potensialının daha fəal şəkildə dövriyyəyə cəlb edilməsinə öz töhfəsini verir.
Cənab Prezident, ölkəmizin bu cür böyük, mötəbər tədbirlərə ev sahibliyi etməsi məhz Sizin qətiyyətli, uzaqgörən rəhbərliyiniz sayəsində beynəlxalq arenada qazandığımız etimadın, nüfuzun nəticəsidir.
Sizinlə fəxr edirik, apardığınız uğurlu daxili və xarici siyasəti hər zaman dəstəkləyirik. Vətənimizin inkişafı, xalqımızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Şəhla Balayeva
Azərbaycan Respublikası, Göygöl şəhəri.