İsmayıl Rəhmətov və ailə üzvlərindən, Astara, Azərbaycan
Hörmətli Ali Baş Komandan, cənab Prezident İlham Əliyev!
Mənim övladım Amin Rəhmətzadə Vətən müharibəsi qazisidir. Bizim ailəyə göstərilən diqqət, hörmət və mənəvi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Aminin bu günlərdə keçirilən toy mərasimində biz dövlətimizin diqqətini bir daha yaxından gördük. Mərasimimizə göstərilən dəstək bu xoşbəxt günümüzə xüsusi dəyər qatdı, gənc ailənin həyatına mənəvi güc, ruh yüksəkliyi və unudulmaz xatirələr bəxş etdi. Bu dəstək bizim üçün milli birlik və həmrəyliyin parlaq nümunəsi oldu. Sizin dəstəyinizi heç vaxt unutmayacağıq, hər zaman yada salacaq və minnətdarlıqla xatırlayacağıq.
Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti dəstəkləmək bizim üçün böyük qürur və şərəfdir. Sizin rəhbərliyiniz altında Vətənimiz daha da dirçələcək və bütün dünyada öz sözünü layiqincə deyəcək.
Sizə və ailənizə sağlamlıq, xoşbəxtlik, uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
İsmayıl Rəhmətov və ailə üzvləri
Azərbaycan Respublikası, Astara rayonu, Çayoba kəndi.