28 sentyabr 2026, 19:05

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Sentyabrın 26-da Sizin himayəniz altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu böyük qürur hissi ilə izlədim. Forumda Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq tərəfdaşlıqlarının və gələcəyə hesablanmış layihələrinin geniş şəkildə təqdim olunması ölkəmizin inkişaf yolunun növbəti mühüm göstəricisi oldu. Forum çərçivəsində dünyanın nüfuzlu şirkətləri ilə enerji, sənaye, texnologiya və digər sahələrdə yeni əməkdaşlıqların qurulması Azərbaycanın beynəlxalq investisiya məkanında artan rolunu nümayiş etdirdi.

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsinin təməlinin qoyulması və Laçında “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı isə regionların inkişafı, yeni istehsal imkanlarının yaradılması və yaşıl enerjiyə keçid istiqamətində mühüm addımlardır. Eyni zamanda, beynəlxalq idman federasiyalarının rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq əlaqələrinin və ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının daha da genişləndiyini nümayiş etdirir.

Bütün bu hadisələr Azərbaycanın yalnız bu gününü deyil, gələcəyini də düşünən, uzunmüddətli və məqsədyönlü inkişaf strategiyasının nəticələridir.

Bir gənc olaraq Azərbaycanın hər yeni uğurunu böyük qürurla izləyir, Sizin rəhbərliyinizlə ölkəmizin qarşısında duran bütün hədəflərə nail olacağına inamımı ifadə edirəm.

Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.